Ana Sayfa > Mədəniyyət > Çəkiliş zamanı Ağakərimin ağrıları başladı - VİDEO

Çəkiliş zamanı Ağakərimin ağrıları başladı - VİDEO


7-12-2021, 10:12. Yazar: admin

Çəkiliş zamanı Ağakərimin ağrıları başladı - VİDEO
Aparıcı Zaur Kamal bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimi (Kərim Novruzov) ziyarət edib.
Lent.az-ın məlumatına görə, aparıcı söz ustası ilə görüşündən olan görüntüləri “Həmin Zaur” verilişində yayımlayıb.

Meyxanaçının oğlu bildirib ki, atasının vəziyyəti yaxşı deyil: ”Atam 5 ildir ümumi 2 ildir ki, yataq xəstəsidir. Beyinə qan sızdı, insult keçirdi. Təzyiq, şəkəri var idi. Hər ikisi eyni anda qalxanda yaxşı olmur. Sadəcə bir günün içində yatdı, durdu belə oldu. Danışığını da itirmişdi. Həkim baxdı, dedi ki, insult keçirib. İndi ayaqlarında tutulma var. Ayağında güc yoxdur ki, ayaq üstə dursun”.

Qeyd edək ki, çəkiliş zamanı meyxanaçının ağrıları başlaşıb. Həmin anı əks etdirən videonu təqdim edirik:
Geri dön