Ana Sayfa > Mədəniyyət > Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda - VİDEO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda - VİDEO


13-05-2021, 08:49. Yazar: admin


"SPP Production" tərəfindən istehsal edilən "Edam günü" bədii filmi Braziliyada "O ECOCINE –Internacional de Cinema Ambiental e Direitos Humanos" beynəlxalq festivalında sertifikata layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, "Edam günü" psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

Qeyd edək ki, sözügedən film bundan əvvəl də xarici ölkələrdə təşkil olunmuş festivallarda iştirak edib, bir çox nominasiyların qalibi olub.
Geri dön