Ana Sayfa > Mədəniyyət > Niyaməddin Musayev evə buraxıldı: - “Özümü yaxşı hiss edirəm”

Niyaməddin Musayev evə buraxıldı: - “Özümü yaxşı hiss edirəm”


27-04-2021, 18:33. Yazar: admin
Niyaməddin Musayev evə buraxıldı: - “Özümü yaxşı hiss edirəm”

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Xalq artisti Niyaməddin Musayev sağalaraq evinə buraxılıb.

Musavat.com-a bu haqda sənətçinin özü məlumat verib.

“Ötən gün artıq evə buraxıldım. Özümü yaxşı hiss edirəm. Dövlətimizə, həkimlərimizə təşəkkür edirəm. Dövlətimizin verdiyi bahalı dərmanlar, həkimlərin səyi nəticəsində insanlarımız bu xəstəlikdən xilas olur. Maraqlanan, narahat olan hər kəsə təşəkkür edirəm”, - deyə müğənni bildirib.
Geri dön