Ana Sayfa > Mədəniyyət > Elza Seyidcahan: “Qoyun qığından paltar tikdirmək istəyirəm”
Elza Seyidcahan: “Qoyun qığından paltar tikdirmək istəyirəm”5-04-2021, 13:00. Yazar: admin |
Əməkdar artist Elza Seyidcahan yenə də açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, Dilarə Əliyevanın “Söhbət var” verilişində qonaq olan sənətçi qoyun qığından paltar tikdirəcəyini bildirib: “Ümumiyyətlə, çoxlu geyimlər hazırlamaq istəyirik. Amma bir libas var ki, hələ mübahisəli qalıb. Fikirləşirəm ki, onu necə hazırlayacaqlar? Qoyun qığından paltar tikdirmək istəyirəm. Onu əvvəl qurudub sonra boyayacaqlar. Tədricən qoxusu da yox olacaq. Sonra onları qoyun dərisi üzərinə düzüb geyim hazırlayacaqlar”. Geri dön |