Ana Sayfa > Mədəniyyət > “Elə bil Ağdama yox, ayrı bir dünyaya getmişdim” - Arif Babayev

“Elə bil Ağdama yox, ayrı bir dünyaya getmişdim” - Arif Babayev


29-03-2021, 16:57. Yazar: admin
“Elə bil Ağdama yox, ayrı bir dünyaya getmişdim” - Arif Babayev

“Uşaq vaxtı çox dəcəl olmuşam. Ağdamın daşına, divarına, ağacına dırmanırdım, ancaq indi o gördüklərimdən heç nə qalmayıb”.

Bunu Azvision.az -a Xalq artisti Arif Babayev bu yaxınlarda Ağdam səfər etməsindən danışarkən deyib. Xanəndə doğma rayonunda gördüklərini ürək yanğısı ilə dilə gətirib:
“Canımız, qanımız Ağdamı gördüm, ürəyimiz genişləndi. Böyük arzularımdan birinə qovuşdum. Obamın torpağını öpdüm. Bilirdim ki, Ağdam dağıdılıb, xaraba qalıb, ancaq bu cür insanlıqdankənar hərəkətləri dərk edə bilməmişdim. Erməni kimi murdar millət yer üzündə yoxdur. Atamızın, anamızın qəbir daşını söküb aparıblar. Aşağı-yuxarı baxdıq, heç nə tapa bilmədik, hər yeri dağıdıblar.

Ağdamdam gələndən sonra bir az soyuqlamışam. Düşünürəm ki, Ağdamın havası məni tutub. 27 ildən sonra görüşə ciyərlərim də tab gətirə bilmədi. Ancaq ora gedəndən sonra çox rahat oldum. Gəncliyimdə Ağdam teatrında Məcnun obrazını yaratmışam. Mən o şəhərin Məcnunuyam, vurğunuyam. İcazə aldığımız yerlərdən keçdik. Dədə-baba yurduma baxdım, yerində böyük bir boşluq gördüm. Cümə məscidində dua etdim. Elə bil, Ağdama yox, ayrı bir dünyaya getmişdim, Bakıda yenidən məni bu dünyaya qaytardılar”.
Geri dön