Ana Sayfa > Mədəniyyət > Pərviz də Türkiyə şou-biznesinə qatıldı

Pərviz də Türkiyə şou-biznesinə qatıldı


2-05-2015, 11:28. Yazar: admin
Pərviz də Türkiyə şou-biznesinə qatıldı
Bəstəkar-müğənni Pərviz Mahmudov Türkiyənin “Elenor” şirkəti ilə müqavilə bağlayıb.

Axşam.az-a açıqlama verən ifaçı yeni planlarından danışıb:

"Qardaş ölkədə “Canımda cansan” mahnımı çox bəyəniblər. Əslində mən bu mahnının piarını demək olar ki, etmədim. Araz FM-də səsləndi, bir də internetdə yayıldı. Neçə vaxtdır ki, yükləmə sayına görə birinci yerdədir. Türkiyənin “Elenor” şirkəti də mahnımı məhz saytda görüb. Efirlərə çox çıxmağı sevmirəm. Verilişlərdə tullanıb-düşən, adını bəstəkar qoyaraq “plagiat” mahnılar yazanlar, ildə bir musiqi ortaya çıxarıb elə bəh-bəhlə danışırlar ki... Düz 10 ildir bu sahədə ən uğurlu insanlardanam, amma bir dəfə də bəstələrimi şişirtməmişəm. Sözügedən şirkət bu mahnını sinql şəklində buraxacaq".

Mahnının sözləri Aygün İsmayılovaya, musiqisi isə bəstəkarın özünə aiddir. P.Mahmudov bu işdə ona türkiyəli söz yazarı Aişə Birgül Yılmazın da kömək etdiyini deyib.

Qeyd edək ki, Türkiyənin “Elenor” şirkəti illərdir fəaliyyət göstərir. Bülənt Ərsoy, Müslüm Gursəs, Kibariyə, Ajda Pekkan, Zeki Müren, Demet Akalın, Ferdi Tayfur, Gülbən Ərgən, Muazzez Ərsoy, Linet və bir çox sənətkarlarla çalışıb.

Geri dön