Ana Sayfa > Mədəniyyət > "Ondan xoşum gəlmir" - əməkdar artist

"Ondan xoşum gəlmir" - əməkdar artist


30-04-2015, 12:16. Yazar: admin
"Ondan xoşum gəlmir" - əməkdar artist
Əməkdar artist Ədalət Şükürov düzgün arıqlamaqdan bəhs edib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan müğənni məsləhətlər verib:

“Səhər tezdən və ya axşam havada qaçmaq düzgün deyil. İnsanlar bulvarda gəzirlər, brom və yod qəbul edirlər ki, bu da sağlamlıq üçün xeyirlidir. Amma bu, çəki azaltmır. Gəzəcəm və arıqlayacam düzgün deyil. Arıqlamaq üçün kalorini yandırmaq lazımdır. Bununda yolları var”.

Ə.Şükürov şou-biznesin qalmaqallarından da danışıb:

“Bütün müğənnilərin həyatında belə hadisə olub: sənətə yeni gələndə kimsə sənə söz atır. Bunu efirə vermək, qabartmaq düz deyil. Çalışıb, həmin insanla problemi kənarda həll etmək lazımdır. Elə insanlar var ki, ondan xoşum gəlmir. Mənim üçün maraqsızdırlar. Onunla söhbət etmirəm, ünsiyyətdə olmuram. Həyatdır, hər bir insan fərqlidir. Hamı eyni, sənin xoşana gələn formada ola bilməz”.

Geri dön