Ana Sayfa > Mədəniyyət > Zərnigar Ağakişiyeva: "Özümü birtəhər saxlayıram"
Zərnigar Ağakişiyeva: "Özümü birtəhər saxlayıram"29-04-2015, 09:35. Yazar: admin |
Xalq artisti, tanınmış aktrisa Zərnigar Ağakişiyeva çəkilişlərdən imtina edir. Milli.Az-a açıqlama verən aktrisa səhhətinin hazırda heç bir filmdə çəkilməyə imkan vermədiyini bildirib: “Artıq bir neçə ildir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Şükür Allaha, pəhrizlə özümü birtəhər saxlayıram. Səhhətim imkan vermir ki, hər hansı çəkilişdə iştirak edim. Sözün düzü, artıq özüm də çəkilmək istəmirəm. Çünki deməyə yeni söz, yeni mövzu yoxdur. Mətbuatda tez-tez görünməyi, efirlərə çıxmağı sevmirəm. İnsanları bezdirmək istəmirəm. Elə bilirəm ki, evdə oturduqca qocalıram, heç kim məni tanımır. Amma gəzməyə gedəndə insanlar üstümə gəlirlər. Bu an yanıldığımın şahidi oluram. Bizim sənət xalqa məxsusdur, mən sussam da, sənətim susa bilməz. Xalq bizi sənətkar edib, onların alqışı, qiyməti hər şeydən önəmlidir. 40 il teatrda çalışmaq az müddət deyil. Hər tamaşada bir başqa əsəb, stress, həyəcan olurdu. Ona görə də teatrdan uzaqlaşdım və hazırda sakit bir ömür sürürəm. Keçid dövrüdür, çox sənətçilər olacaq, amma xalq kimi qəbul edəcəksə, o da sənətkar adını qazanacaq”. Geri dön |