Ana Sayfa > Mədəniyyət > Sənətinə görə qız verilməyən xalq artisti - Video

Sənətinə görə qız verilməyən xalq artisti - Video


24-04-2015, 12:02. Yazar: admin
Sənətinə görə qız verilməyən xalq artisti - Video
Bu gün Azərbaycanın tanınmış aktyorlarından Həsənağa Turabovun doğum günüdür. Həsənağa Turabov o şəxslərdən idi ki, ad gününü sevdiyi şəxslər ətrafında keçirməyi xoşlayırdı. Övladlarının gözündə ideal insan obrazını yaradan Turabov aktyorluq sahəsində də səhnə üçün mükəmməl aktyorlardan biri idi. Sevilən aktyorun teatr və kino tariximizdə silinməz izləri var.

Həsənağa Turabov öz bənzərsiz aktyorluq fəaliyyəti ilə Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib. Onun "Yeddi oğul istərəm", “Babək”, "Axırıncı aşırım", “Qorxma, mən səninləyəm”, “Atları yəhərləyin”, “Qatır Məmməd”, "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi.

Daha ətraflı Axar.TV-nin süjetində:


Geri dön