Ana Sayfa > Mədəniyyət > "Hər sevgimdən bir xatirə qalıb" - Röya

"Hər sevgimdən bir xatirə qalıb" - Röya


23-04-2015, 10:43. Yazar: admin
"Hər sevgimdən bir xatirə qalıb" - Röya
“Zirvədə deyiləm. Üç mahnı ilə zirvəyə qalxmaq olmur. Sevinirəm ki, 30-40 il məndən əvvəl sənətə gələn xalq artistləri ilə eyni sıradayam. Onların 40 ilə etdiyini mən 10 ilə bacardım. Bu yaxınlarda radioların birində sənət aləminin ən yaxşı ifaçılarının adlarını sadaladılar. Üç xalq artistinin adı çəkildi, dördüncü mən oldum və siyahi bitdi. Mən həyatımın yarısını bu uğur üçün xərclədim”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Röya Ayxan “5/5” verilişində deyib.

Sevgidən danışan sənətçi heç vaxt peşmançılıq yaşamdığını bildirib:

“Mən hər saat sevirəm. Həmişə də sevəcəm. Mənim üçün pis sevgi yoxdur. Hər sevgimdən bir xatirə qalıb”.

R.Ayxan aparıcının “Ulduz həyatı yaşayırsan” sualına belə cavab verib:

“Mən ulduzluq yox, ana həyatı yaşayıram. Uşaqlı evdir, sındırır, dağıdır. Ulduzluq bahalı qab-qacaqla ölçülmür. Pulum geyimə, mahnıya gedir. Məişət əşyaları ilə insanlıq olmur”.

Müğənni qız övladı arzuladığını bildirib:

“Hər zaman oğlan uşağı istəmişəm. Son iki ildir ki, qız övladı istəyirəm. Oğlum üçün alış-verişə gedəndə qız libasları görür, bacımın övladına alıram. Bu yaxınlarda mənə it bağışladılar. Öyrəndim ki, oğlandır. Dedim, neynirəm, evimdə də oğlum var. Qız olsun ki, onu qəşəng geyindirib, bəzəyim”.

Geri dön