Ana Sayfa > Mədəniyyət > Məşhur müğənni oğlunun şəklini yaydı (FOTO)

Məşhur müğənni oğlunun şəklini yaydı (FOTO)


21-04-2015, 09:52. Yazar: admin
Məşhur müğənni oğlunun şəklini yaydı (FOTO)
Hər şeydən gəlir əldə etməyə çalışan məşhurlar bu işlərinə bəzən yeni doğulan körpələrini belə daxil edirlər. Bu əsasən Hollivud ulduzlarına aiddir. Bir çox aktrisalar və ya aktyorlar yeni doğulan uşaqlarının bir fotosu üçün milyonlarla dollar tələb edirlər.

Amma bu yolu seçməyənlər də var. Onlardan biri də Castin Timberleykdir. Gənc müğənni ötən gün yenidoğulan oğlunun fotosunu sosial şəbəkədəki səhifəsində paylaşıb.

Fotoda körpə Silas və onun həyat yoldaşı Cessika Biel əks olunub.

Mavi gözlü körpənin gülümsəyən fotosu müğənninin izləyicilərindən çox sayda bəyənilmə alıb.

Xatırladaq ki, Castin Timberleyk və Cessika Biel 2012-ci ildə ailə qurub.

Geri dön