Ana Sayfa > Mədəniyyət > “Avroviziya-2021”in final tarixləri bəlli oldu
“Avroviziya-2021”in final tarixləri bəlli oldu15-06-2020, 16:55. Yazar: admin |
2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final tarixləri açıqlanıb. Oxu.Az xəbər verir ki, “Ahoy” konsert zalının arenasında təşkil olunacaq yarışmanın birinci yarımfinalı may ayının 18-i, ikinci yarımfinalı 20-si, böyük final isə 22-də baş tutacaq. Ölkəmizi “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində müğənni Samirə Əfəndi təmsil edəcək. Qeyd edək ki, “Avroviziya 2020” mart ayının 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunub. Müsabiqənin təşkilatçıları iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək yarışmadakı nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqqında məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər. Geri dön |