Ana Sayfa > Mədəniyyət > Mədəniyyət Nazirliyi məlumat yaydı

Mədəniyyət Nazirliyi məlumat yaydı


2-06-2020, 13:10. Yazar: admin

Mədəniyyət Nazirliyi məlumat yaydı
Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.

"Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb", - nazirlikdən qeyd olunub.
Geri dön