Ana Sayfa > Mədəniyyət > Xalq artisti: “İndi ağzına gələni danışan, şər-böhtan atan çoxdur”
Xalq artisti: “İndi ağzına gələni danışan, şər-böhtan atan çoxdur”31-05-2020, 01:11. Yazar: admin |
“Ailəmdə qırıqlıq ola bilməz. Ədalət bəylə bir-birimizə çox bənzəyirik. Onunla 1985-ci ildə tanış olmuşuq. O zamandan bəri çətinliklərlə üzləşmişik. Pulsuz qalan vaxtlarımız olub”. Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib. Sənətçi ailəsindən söz açaraq, o zamanlar pulsuzluqdan əziyyət çəkdiyini bildirib: “O vaxtlar paketin içində preslənmiş beş ədədli sosiskalar satırdılar. Onu yalnız övladımız Cahada verirdik, yesin. Özümüz yemirdik. Toyuq alıb, sup bişirirdik. Onu da yalnız oğlumuza verirdik. Ədalətlə mən heç nə yemirdik. Çünki ev almışdıq, onun pulunu ödəmək lazım idi. Çətin anlarımız çox olub. Hərc-mərclik zamanında yaşayırdıq. Yoldaşım Rus Dram Teatrının direktor müavini vəzifəsində çalışırdı. Hökumət heç teatrlara fikir vermirdi”. Proqramın aparıcısı Zaur Kamalın “Elə anlarınız olub ki, bu sənətdən uzaqlaşmaq istəmisiniz?” sualına B.Dadaşova belə reaksiya verib: “İndiki zamanda ağzına gələni danışan, şər-böhtan atan çoxdur. Hər interneti olanın əlində televiziyası var. Orada da senzura yox. Tərbiyəni insan evdə almalıdır. Əgər yoxdursa, biz o tərbiyəni verə bilmərik. Bəzən bunları görüb, düşünürəm ki, bəlkə daha oxumayım. Amma bunun müqabilində musiqini sevən insanlar var. Onlar üçün yaşamağa dəyər. Fikirləşirəm ki, həyatımızın mənası oldu. Nəsə edə bildik bu həyatda”. Geri dön |