Ana Sayfa > Mədəniyyət > Elşad Xose üzə çıxıb, evliliyə “yox” dedi

Elşad Xose üzə çıxıb, evliliyə “yox” dedi


30-05-2020, 20:16. Yazar: admin
Elşad Xose üzə çıxıb, evliliyə “yox” dedi

“Xəstələnmişdim. Sənətimlə bağlı heç bir iş görmürdüm. Nə rep yazırdım, nə də ki verilişlərə, efirlərə çıxırdım. Ümumiyyətlə, hər zaman çalışmışam ki, efirlərdən uzaq olum. Bu barədə digər sənətçilərdən çox fərqlənirəm. Amma çox keçməz, yeni işlərimlə dinləyicilərimi sevindirərəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri məşhur repçi Elşad Xose “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramına verdiyi müsahibədə deyib.

“Bu sənətə məşğuliyyət kimi baxıram, iş kimi kimi yox” söyləyən sənətçi gəlir mənbəyini açıqlayıb:

“Bu məşğuliyyət müəyyən zamanda pul gətirir. Bu gün hamı kimi gəlirim tədbirlərdən, mahnılardan, “YouTube”dakı klip baxışlarındandır”.

Efirlərə nadir hallarda çıxan, mediadan qaçan E.Xose “A” kateqoriyaya aid olan müğənnilərdən fərqli olaraq, özünün əlçatan sənətçilər sırasında olduğunu bildirib:

“Mediadan qaçmıram, sadəcə belə alınır. 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində “A” kateqoriyalı, üzdə olan müğənnilərimizin maraqlı strategiyaları var idi. Onlar efirlərə az-az çıxırdılar, avtomobillə gedib, insanlardan gizlənirdilər, əlçatmaz olmaq istəyirdilər. Məndə isə bu alınmırdı. Hər zaman insanların içində idim. Ruhən sadə olanda daha yaxşı olur”.

Müxbirin “Evlilik həyatın olacaq?” sualına isə məşhur repçinin cavabı belə olub:

“Evlilik həyatı nə deməkdir? Yox, nəbadə evlilik olsun”.

Qeyd edək ki, repçi Elşad Xose aktrisa Oksana Rəsulova ilə 2012-ci ilin mart ayında ailə qurub. Elə həmin ilin dekabrında isə cütlük qalmaqallı şəkildə boşanıb.
Geri dön