Ana Sayfa > Mədəniyyət / Xəbər > "Mədəniyyət naziri olmaq istəmirəm"
"Mədəniyyət naziri olmaq istəmirəm"29-05-2020, 11:57. Yazar: admin |
"İnsanların üzünə demədiklərimi arxasıyla danışa bilmirəm. Vəzifədə olan zaman tənqid edilməyib, sözlər deyilməyibsə, indi danışmağın mənası yoxdur”. Vertikal.Az-ın xəbərinə görə, bu sözləri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə “3 D” proqramında qonaq olarkən deyib. Məşhur rejissor bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilən Əbülfəs Qarayev barədə danışıb. O, Qarayev barədə sonradan yazılan tənqidlərin mənasız olduğunu bildirib. Ələkbərzadə sözügedən vəzifəyə gəlmə barədə verilən sualı belə şərh edib: “Mədəniyyət naziri olmaq istəmirəm. Sosial şəbəkələrdə adıma rast gəlirəm. Yaradıcı insanam, bunu nəyəsə qurban vermək fikrində deyiləm. Ancaq teatrla bağlı hansısa bir sektorda bəlkə də, çalışa bilərəm. 5 ildən artıqdır ki, ənənəvi teatrda, Akademik Milli Dram Teatrında çalışan biri idim. YUĞ teatrında çalışmaq isə fərqli görünürdü. Əbülfəs Qarayev dedi ki, “YUĞ”a getməsən, teatr bağlanacaq, oranı yenidən ayağa qaldırmaq lazımdır. “YUĞ”a gələndə tamaşaçıların sayı səhnədə olan aktyorların sayından az idi. Zorla bilet sırıma yox idi. İndi bir tamaşaya baxmaq üçün 4-5 dəfə gəlib yer tapmamaq faktı ilə rastlaşırıq. Keyfiyyətli bir iş təqdim etdikdən sonra niyə tamaşaçı teatra gəlməsin ki?” Ələkbərzadə bir zamanlar çalışdığı “Space TV”ni sərt şəkildə tənqid edib: “Telekanal hər gün tərbiyədə müstəsna rol oynayır. Bunu ancaq əyləncəyə, reklam bazarına çevirmək düzgün deyil. Gələcək nəsillər qarşısında böyük bir xətadır. Bütün KİV nəzərə almalıdır ki, biz yetərincə istirahət etmişik. Artıq maariflənmə işinə vaxt ayırmalıyıq. Adını çəkmək istəmədiyim kanal barədə bədbin fikirdəyəm. Meyar və tərəzini bərbad şəkildə pozub”. Qafqazinfo Geri dön |