Ana Sayfa > Mədəniyyət > Nazilə şou gündəmini çalxaladı: “Dünyanın bütün sərvəti qürurum qarşısında aşağıdadır”
Nazilə şou gündəmini çalxaladı: “Dünyanın bütün sərvəti qürurum qarşısında aşağıdadır”24-05-2020, 23:48. Yazar: admin |
“Ya mən dəbdəyəm, ya da ki əcəl məni təqib edir. “Instagram”a öz əlimdən girə bilmirəm. Hansı səhifəni açıram, orada özümü görürəm. Haqqımda yazırsınız, bu mənim üçün şərəfdir. Amma yetən yetir, yetməyən ünvanıma bir daş atır. Oxu.Az xəbər verir ki, bu sözləri məşhur şairə Nazilə Səfərli “ATV Maqazin 10larla” proqramında sosial mediada ona xoşagəlməz şərhlər yazan izləyicilərdən gileylənərkən deyib: “Özümdənrazı insan deyiləm. Dünyanın bütün sərvəti qürurum qarşısında aşağıdadır. Həyatı boyu demədiyim sözə görə üzr istəmərəm”. Həyatındakı çətin günləri geridə qoyan N.Səfərli həmyerlisi aşıq Telli Borçalının çətin günündə ona əl uzatmadığını, yardım etmədiyini söyləyib: “Telli məndən on yaş böyükdür. Onun zamanında mənə dəstək olması lazım idi. Tellinin arxivini araşdırın baxın, görün, hansı kadrda mən varam. Desin ki, “Nazilə yerlimdir, bir bənd o da şeir desin”. İndi mənim heç kimin dəstəyinə ehtiyacım yoxdur. Eləcə də Tellinin. Amma mən yerlipərəstlik edirəm. Gürcüstan əsilli sənətçilər məndən dəstək istəyəndə əlimi çevirmirəm, onlara kömək oluram”. Nazilə Əməkdar artist Manana Caparidze ilə əvvələr kəlmə kəsməsə də, indi can deyib-can eşitdiyini dilə gətirib: “Manana ilə heç bir əlaqəm yox idi. Amma indi onunla mehribanlaşmışıq”. Geri dön |