Ana Sayfa > Mədəniyyət > “Biri deyir ər axtarıram, o biri deyir...” – Millət vəkili
“Biri deyir ər axtarıram, o biri deyir...” – Millət vəkili11-03-2015, 10:00. Yazar: admin |
"Azərbaycanın hansı telekanalını açırsan, ancaq çal-çağır, şou-biznesdir. Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram. Bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 dənə sms göndərir. Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır”. Vertikal.az Trend-ə istinadən xəbər verir ki, bu fikri Milli Məclisin üzvü Rüfət Quliyev parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında “Reklam haqqında” qanunun müzakirəsi zamanı səsləndirib. R.Quliyev qeyd edib ki, bu gün telekanallarda bu cür verilişlərdənsə, vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır. Millət vəkili hesab edir ki, Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı verilişlərə ehtiyac var: “Çünki bu gün Azərbaycanda açıq, şəffaf sahibkarlıq mühiti var və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların insanlarla ünsiyyətinin yaxşılaşdırılması, yaxınlaşdırılması lazımdır. Bu baxımdan, telekanallarda "Sahibkarlıq saatı" adlı veriliş yayımlanmalıdır, həmçinin "Kənd saatı" verilişinin vaxtı artırılmalı, insanların diqqəti yenidən kənd təsərrüfatına cəlb olunmalıdır”. Geri dön |