Ana Sayfa > Mədəniyyət > Xalq artisti məhkəməyə hazırlaşır: "Afət özünü qadına layiq aparmayıb" Tarix: Bu gün, 15:36

Xalq artisti məhkəməyə hazırlaşır: "Afət özünü qadına layiq aparmayıb" Tarix: Bu gün, 15:36


19-05-2020, 15:43. Yazar: admin
Xalq artisti məhkəməyə hazırlaşır: "Afət özünü qadına layiq aparmayıb" Tarix: Bu gün, 15:36
“Afət Fərmanqızını məhkəməyə verəcəyəm”.

Bu sözləri Xalq artisti Flora Kərimova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətkar müğənni Afət Fərmanqızının onun ünvanına söylədiyi təhqirlərə görə bağışlamayacağını və məsələyə hüquqi yolla qiymət veriləcəyini bildirib:

“Afət özünü qadına layiq aparmayıb. Ağzına gələni danışıb. Mən acıq çıxan deyil, ləyaqətimi müdafiə edən insanam. Uzun müddət danışmadım, ona cavab vermədim, birdən partladım.

Xalq ona cavab olaraq dedi ki, söz atanda, gör kimə atırsan. Afət bunu düşünmədi. Mənə söylədilər ki, Afət gəlib sizdən üzr istəsin. Razılaşmadım. Hörmət xətrinə kimləsə düşmən olan deyiləm.

Üzr istəməklə qane olmuram. Mənə hörmətsiz münasibət bəsləyən insanı divara dirəyirəm. Bu da xasiyyətimdən irəli gəlir. 79 yaşım var, bundan belə məni tərbiyələndirmək və üzrlə aldatmaq mümkün deyil.

İlhamə Quliyeva ölənə qədər məndən üzr istəyib, barışmaq üçün addımlar atdı, amma buna nail ola bilmədi. Onun üzrxahlığını qəbul etmədim. Mənə sataşan düşünməsin ki, üzr istəyib, bununla da hər şey bitəcək. Xeyr!

Hərdən mənim üçün deyirlər ki, ahıl yaşındadır, hörmət etmək lazımdır. Əgər bir insan şəxsiyyətinə hörmət qazanmayıbsa, 12 yox, 112 yaşı olsun. Hörmətə hörmətlə cavab verilməlidir. Özümü elə aparmamışam ki, millətimin yanında başım aşağı olsun. Arxamda millətim dayanır. Afət ağzını açdı, nələr eşitmədi. Mənə sataşmasınlar. Bunu edən bu millətin ağzını yuma bilməyəcək”.

Qalmaqallı məsələ ilə bağlı qarşı tərəf - müğənni Afət Fərmanqızı ilə də əlaqə saxladıq.

A.Fərmanqızı ona qarşı məhkəmə iddiası qaldırılacağı ilə bağlı xəbərə belə reaksiya verib:

“Kim? Tanımıram onu. O, nə işinə baxır?”

Qeyd edək ki, tərəflərin münasibətinin korlanmasına səbəb Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızının “Sığmazam” qəzəlini oxumasını tənqid etməsi olub. Sənətkar bir sıra proqramlarda müğənnini tənqid edərək, onun ünvanına xoşagəlməz ifadələr işlədib.

Geri dön