Ana Sayfa > Mədəniyyət > “Eurovision-2021” bu şəhərdə keçiriləcək

“Eurovision-2021” bu şəhərdə keçiriləcək


17-05-2020, 14:14. Yazar: admin
“Eurovision-2021” bu şəhərdə keçiriləcək

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bu il təxirə salınan “Eurovision” Mahnı Müsabiqəsi 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müsabiqə təşkilatçıları qərar qəbul edib.

Qeyd edək ki, artıq Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər. Müsabiqənin “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır.

Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.
Geri dön