Ana Sayfa > Mədəniyyət > Sevinc Musayeva vətənpərvərlik mövzusunda ilk mahnısının təqdimatını keçirib

Sevinc Musayeva vətənpərvərlik mövzusunda ilk mahnısının təqdimatını keçirib


21-05-2019, 05:56. Yazar: admin
Sevinc Musayeva vətənpərvərlik mövzusunda ilk mahnısının təqdimatını keçirib
Müğənni Sevinc Musayeva vətənpərvərlik mövzusunda ilk mahnısının təqdimatını keçirib.

Vertikal.Az xəbər verir ki, “Türkiyə-Azərbaycan” adlı hərbi marş üslubunda olan bəstənin musiqisi Sevinc Tofiqqızına, sözləri Almaz İlahə Əhmədovaya məxsusdur. Mahnı yaxın aylarda Türkiyədə də təqdim ediləcək. Azərbaycan və Türkiyənin rəsmi himnindən parça ilə başlayan mahnı Sevincin ilk vətənpərvərlik mövzusunda olan ifasıdır. Tədbirə mətbuat və mədəniyyət nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri, Aprel döyüşlərinin iştirakçıları qatılıblar.

S.Musayeva mahnıya video çarx da hazırlatdırıb. O bildirib ki, bu mövzuda bəstələr səsləndirməyə davam edəcək.




Geri dön