Ana Sayfa > Mədəniyyət > "Maddi çətinliklərim var..." - Aysel

"Maddi çətinliklərim var..." - Aysel


14-03-2016, 10:38. Yazar: admin
"Maddi çətinliklərim var..." - Aysel
Müğənni Aysel Əlizadə sənətindəki durğunluğun səbəblərini açıqlayıb.

Axşam.az-a açıqlama verən ifaçı toylarının azalmasından şikayətlənib:

“Yeni mahnılar yazdırıram. Bu aralar Novruzla bağlı çox çəkilişlərim var. Vaxt ayırıb diski təqdim edə bilmirəm. Disklərim hazırdır, evdə qutularda qalıb. Yaxın günlərdə təqdim edəcəm. Devalvasiya bizə də təsir etdi. Hansısa maddi çətinliklərimiz var, amma bunu tamaşaçıya büruzə verməməyə çalışırıq. Toylarımda da azalma var. Tək məndə yox, hamıda belədir”.

A.Əlizadə kökəldiyini etiraf edib:

“Bir ara çox kökəlmişdim, 56 kiloqrama qalxmışdım. Çox yeyirdim və idmanı dayandırmışdım. Əslində həmişə 52 oluram. Hazırda pəhrizdəyəm, yavaş-yavaş arıqlayıram”.

Geri dön