Ana Sayfa > Mədəniyyət > Azərbaycanlı müğənniyyə bahalı villanı kim hədiyyə edib

Azərbaycanlı müğənniyyə bahalı villanı kim hədiyyə edib


14-03-2016, 09:50. Yazar: admin
Azərbaycanlı müğənniyyə bahalı villanı kim hədiyyə edib
"Evdəkilərə salam" verlişi bu dəfə müğənni Manaf Ağayevin evində çəkiliş aparıb.

Gecce.az xəbər verir ki, müğənni dəbdəbəli villasını göstərib. Bəlli olub ki, bunu ona yaxın dostu hədiyyə edib. Təmir işi və içini bəzəmək müğənninin boynuna düşüb.

Teleaparıcı Aytəkin Mərdanova qeyd edir ki, Manaf Ağayev bu villadan başqa bahalı heç nəyinin olmadığını bildirib. Müğənni verliş boyu maraqlı açıqlama verib. Övladlarından, onların şəxsi həyatından danışıb. Daha sonra həmkarları Ədalət Şükürov, Vasif Məhərrəmli, İzzət Bağırov, şoumen Pünhan Həsənlini evində qonaq edib. Müğənni bişirdiyi kababları qonaqlarına təqdim edib.

Qeyd edək ki, "Evdəkilərə salam" bu gün saat 20:00-da Xəzər televiziyasında nümayiş etdirilib.

Geri dön