Ana Sayfa > Mədəniyyət > "Tanınmış bir müğənnidən evlilik təklifi almışam" - Vüsalə Əlizadə

"Tanınmış bir müğənnidən evlilik təklifi almışam" - Vüsalə Əlizadə


14-04-2015, 10:35. Yazar: admin
"Tanınmış bir müğənnidən evlilik təklifi almışam" - Vüsalə Əlizadə
Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Axşam.az-ın əməkdaşı ilə söhbətində o, evlilik təklifləri aldığını etiraf edib:
“Hər bir qadına ailə lazımdır. Mənə də evlilik təklifi edən insanlar çoxdur. Onlar arasında sənət adamları da var. Hətta tanınmış bir müğənnidən evlilik təklifi almışam. Ailə mövzusu ciddidir. Müəyyən səhvlərə yol verməmək üçün düşünməliyəm. İkinci dəfə ailə qurmağa normal baxıram. Yenidən nikaha oturmağımı isə zaman göstərəcək”.
Yeni ""Qadına görə" verilişindən söz açan V.Əlizadə onun gecikmə səbəbini açıqlayıb:
“Öyrəşmişik ki, mövsüm sonunda bütün verilişlər bağlanır. Biz isə fərqlilik edəcəyik. Mənim təqdim edəcəyim qadınlarla bağlı verilişin bənzəri heç dünyada da yoxdur. Televiziya sahəsində bəlli bir təcrübəyə sahibəm. İndi telekanallarda biabırçılıqdır. Efirə qəribə görünüşdə çıxırlar. Tamaşaçı bir müddət görünüşə baxıb simadan yorulur. Aparıcı da izlənmədiyini görüb gedir göünüşündə dəyişiklik edir, silikonlar qoydurur. Mən isə səsimlə, danışığımla sevilmişəm. Ucqar bir kəndə gedirəm, insanlar üstümə qaçır. Bu, sevildiyimin göstəricisidir. Simamı görmədən belə tamaşaçı mənə qulaq asacaq. Aparıcının gərək danışıq qabiliyyəti olsun. Alnıaçıq deyirəm, tamaşaçının sevdiyi, tələb etdiyi aparıcıyam. Efirdə söz qıtlığı yaşamıram. Hər mövzu ətrafında danışmaq qabiliyyətim var”.
Aparıcı toy dəvətlərindən də danışıb:
“Seçim etməyi sevənlərdənəm. Pul xatirinə nə təklif gəldi, razılaşmıram. Hətta rayon toylarına da dəvətlər alıram. Məclislərdə aparıcılıq edən həmkarlarıma pis baxmıram. Tamaşaçı elə bilir ki, biz milyonçuyuq. Efir adamları sıravi insanlardan da az maaş alır. Gündəmdə olan adamlarıq, gəlirimiz geyimə, saç düzümünə və makiyaja gedir. Biz də əlavə gəlir kimi toylardan qazanırıq”.

Geri dön