Ana Sayfa > Manşet > Sumqayıtda azyaşlılardan ibarət “cəza dəstələri” meydana çıxıb

Sumqayıtda azyaşlılardan ibarət “cəza dəstələri” meydana çıxıb


12-11-2015, 13:30. Yazar: admin
Sumqayıtda azyaşlılardan ibarət “cəza dəstələri” meydana çıxıb
Son günlər Sumqayıtda “avtomobil terroru” əhəmiyyətli dərəcədə artıb. Bu barədə Moderator.az-ı Sumqayıtdakı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, şəhərin mərkəzi küçələrində avtomobillərin saxlanılması üçün lazımi sayda dayanacağın olmaması, habelə yol kənarlarında avtomobillərin park edilməsinə qoyulan qadağa sürücüləri maşınlarını məhəllələrin içərisində saxlamaq məcburiyyətində qoyur ki, bu da bəzi hallarda arzuedilməz olayların baş verməsi ilə nəticələnir:
“Avtomobillərin yol kənarında saxlanılmasına qoyulan qadağa dayanacaqsız şəhərin sürücülərini öz avtomobillərini park etmək üçün məhəllələrə üz tutmaq məcburiyyətində qoyur. Nəticədə, mərkəzi küçələrə yaxın məhəllələr səhər tezdən axşam saatlarına qədər çoxlu sayda avtomobilin əlindən keçilməz hala gəlir. Bu isə sakit və dinc həyat şəraitinə adət edən məhəllə sakinlərinin etirazına səbəb olur ki, onlar bu etirazıl park edilən avtomobilləri cızmaq, onların üzərinə boyalar atmaq və s. ilə ifadə edirlər. Hətta bəzi məhəllələrdə “yad avtomobil”lərin sürücülərini cəzalandırmaq üçün azyaşlılardan ibarət “cəza qrupları” yaradılıb. Onlar böyüklərin “tövsiyyəsinə” uyğun olaraq avtomobillərin təkərini deşir, onları cızır, müxtəlif rəngli boyalarla “bəzəyir”.
Bu işə azyaşçlıların cəlb edilməsi isə əsasən iki amildən qaynaqlanır. Bunlardan biri azyaşlıların hətta ələ keçəcəkləri təqdirdə belə etdikləri əmələ görə məsuliyyətə cəlb edilmək ehtimalının aşağı olmasıdır. Digər amil isə onların bu işə böyüklərlə müqayisədə daha həvəsli olması, daha doğrusu, buna adi bir oyun və əyləncə kimi yanaşmasıdır”.
Mənbənin sözlərinə görə, əgər dayanacaq problemi öz həllini tapmasa, bu, yaxın günlərdə “gəlmələr”lə “yerlilər” arasında qarşıdurma və gərginliyin artmasına səbəb olacaq. Bu isə nə vətəndaşa, nə də dövlətə yaxşı heç nə vəd etmir.

Geri dön