Ana Sayfa > Manşet > İlham Əliyevin yeni kpmadasında kimlər yer alacaq?
İlham Əliyevin yeni kpmadasında kimlər yer alacaq?4-11-2015, 15:21. Yazar: admin |
![]() Parlement seçkiləri qanunverici orqanın yeni tərkibini formalaşdırdı. Seçki öncəsi ölkədə baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi dəyişikliklər qaçılmazdır. Belə ki, manatın ikinci devalvasiyası proqnozlaşdırılır və neftin qiymətinin aşağı düşməsi gözlənilir. Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Bu mərhələdə Nazirlər Kabineti artıq əvvəlki asanlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək. Artıq daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparmalı və bu islahatlara cavabdehlik iqtisadiyyatı modernləşdirmək istəyən kadrlara həvalə edilməlidir. Kənardan görünən odur ki, İlham Əliyev komandasını tam yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlara, hətta iri korrupsiyaçıları həbs etdirməyə belə qərarlıdır. Bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketinin mövcud olduğunu da ehtimal edə bilərik. Öncələr də vurğuladığımız kimi, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir. Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Maliyyə Nazirliyinin səlahiyyətlərinin artırılması da istisna edilmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. Bir sözlə, iiqtisadi sferada da ciddi islahatlar gözlənilir. Yeni iqtisadi və sosial reallıq iqtidarın daxili siyasətində də daha səriştəli addımların atılmasını şərtləndirir. Ona da diqqət yetirmək lazım gəlir ki, oliqarx-məmurlar islahatların həyata keçirilməsinə maneçilik törədirlər. Odur ki, onların neytrallaşdırılması qaçılmazdır. Beləliklə, hakimiyyət ciddi dəyişikliklər ərəfəsindədir və ölkə rəhbəri bu dəfə daha qərarlı görünür. Bu dəfə ölkədə bütün sahələr üzrə islahatların həyata keçirilməsi ehtimalı böyükdür və bu istqamətdə sabotaj etmək niyyətində olanların həbs ediləcəyi də istisna deyil. İslahatlar yeni komandanın və strategiyanın formalaşdırılmasını zəruri edir. Son günlər baş verənlərin mahiyyəti də elə budur... Avropa.info-nun ekspert qrupu Geri dön |