Ana Sayfa > Manşet > Raqub Məmmədov məktəb direktorlarından zorla pul toplayır - Niyə?
Raqub Məmmədov məktəb direktorlarından zorla pul toplayır - Niyə?20-10-2015, 15:26. Yazar: admin |
|
Raqub Məmmədovun müəllimlərdən zorla toplatdırdığı 30 000 min manat rayonda müəllimlər arasında ciddi narazılığa səbəb olub Sabiq MTN Şefi Eldar Mahmudovla yaxınlığı ilə tanınan Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədovun Ağdam Təhsil Şöbəsi ilə bağlı çirkli planı aşkarlanıb. Raqub Məmmədov rayona icra başçısı təyin olunan vaxtdan (16.04.2014-cü il tarixdən) bütün rayonda, həmçinin rayon Təhsil Şöbəsində qalmaqallar, qarayaxmalar, pul yığımları səngimək bilmir. Bu barədə AzFakt.com-u məlumatlandıran mənbənin bildirdiyinə görə keçmiş MTN-çi olan icra başçısının rayonda şərləmədiyi və müxtəlif üsullarla iş adamlarından, həmçinin idarə müdirlərindən külli miqdarda pul qoparıb və bu Raqub Məmmədovun bu fəaliyyətini bir mənalı mənalı olaraq vəzifəli şəxsin reketi olaraq dəyərləndirmək olar. AzFakt.com-a daxil olan məlumatda gösətirilir ki, Raqub Məmmədovun Ağdama İcra Başçısı təyin olunmasında sabiq nazir Eldar Mahmudovun böyük xidməti olub. Raqub Məmmədov Ağdamın icra başçısı olduqdan sonra böyük bir hissəsi erməni işğalı altında olan bu rayonun qara günləri başlayıb. Hazırda isə Raqub Məmmədovun müəllimlərdən zorla toplatdırdığı 30 000 min manat rayonda müəllimlər arasında ciddi narazılığa səbəb olub. Lakin məsələ heç də bununla bitmir. Mənbə bildirir ki, 2015-2016-cı dərs ilinə hazırlıqla əlaqədar şagird şəbəkəsinin təsdiqi üçün 140 məktəb direktorunun hər birindən 2000 manatdan pul yığılması prosesinə start verilib. Artıq zorla yığılmaqda olan 280 min manatın demək olar ki, yarısından çoxunun yığıldığını idda edən mənbə bildirir ki, toplanan vəsaitin 90 faizi məhz icra başçısına çatacaq. Qeyd edək ki, 2015-ci ilin aprel ayından RTŞ-yə müdir əvəzi gətirdiyi qohumu və sinif yoldaşı Rahil Allahverdiyev vasitəsi ilə məktəbdə lüzumsuz yoxlamaların aparılması və rayonun 140 məktəbindən 30 000 manatdan artıq pulun yığılması rayonda ciddi söz-söhbətlərə səbəb olub. AzFakt.com-u bu barədə məlumatlandıran müəllimə bildirir ki, yaranmış vəziyyətlə əlaqədar TN-nin qaynar xəttinə rayon müəllimləri tərəfindən dəfələrlə şikayət olunmasına baxmayaraq heç bir nəticəsi olmayıb. Sanki Təhsil Nazirliyi bu susqunluğ ilə korrupsiyanı, rüşvətxorluğu və əsasız pulyığmalarını müdafiə edir. «Əslində bu elə belədir. Çünki bizim bütün şikayətlərimizə Təhsil Nazirliyi sükutla cavab verir», deyə şikayətçi bildirir. Mənbə bildirir ki, Ağdam təhsilində növbəti qalmaqal Raqub Məmmədovla aralarında olan şəxsi münasibətlərə görə Quzanlı qəsəbə uşaq bağçasının müdiri Mətanət Misirxanovanın Təhsil Şöbəsinə müdir gətirmək istəməsi ilə bağlı yaranıb. Bunun üçün Mətanət Misirxanovanın adamlarının Raqub Məmmədova 250 min manat pul verdiyi iddia olunur. Qeyd edək ki, RTŞ-nin nəzdində 140 məktəb fəaliyyət göstərir ki, bunların içərisində əməkdar müəllim fəxri adı almış, tərəqqi medalı ilə təltif olmuş, rayon ictimaiyyəti arasında nüfuzu olan onlarla məktəb direktorunun olmasına baxmayaraq hansısa uşaq bağçasının müdirinin bu vəzifəyə gətirilməsi rayon ziyalılarının hiddətinə səbəb olub. Gəzən söz -söhbətlərə görə bağça müdiri Mətanət Misirxanova ilə şəxsi münasibətləri olan icra başçısı rayona başçı təyin olunduqdan az vaxt sonra Mətanət Misirxanovanı gələcək planlarının tərkib hissəsi kimi YAP Ağdam rayon Qadınlar Şurasının sədri vəzifəsinə gətirib. Hal hazırda isə, üç mindən artıq müəllimi olan TŞ-nə müdir gətirmək istədiyi Mətanət Misirxanovanı Raqub Məmmədovun keçmiş əməkdaşı olan, hazırda Təhsil Nazirliyində daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyevin qəbuluna salıb, (Raqub Məmmədov MTN-də Kənan Quliyevlə əməkdaş olub) və qarşı tərəf Mətanət Misirxanovanın təsdiq olunması işinə söz verdiyi bildirilir. Mətanət Misirxanovanın yaxın rəfiqəsinə dediyinə görə, Kənan Quliyevə təsdiq olunması üçün 50 min manat pul təklif edib. Məlumat üçün bildirək ki, Mətanət Misirxanovanın Ağdam təhsilinin başına gətirilməsi üçün RTŞ-nin keçmiş müdiri, hazırda Kəlbəcər RTŞ-nin müdiri vəzifəsində çalışan Elmira Şükürova da məşğuldur. Geri dön |