Ana Sayfa > Manşet > Eldar Mahmudovun əyalətlərdəki QANUNSUZLUQLARI
Eldar Mahmudovun əyalətlərdəki QANUNSUZLUQLARI19-10-2015, 14:33. Yazar: admin |
|
Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunması gündəmin əsas mövzusu olaraq qalmaqdadır. Qalmaqallı açıqlamaları ilə hər zaman diqqət mərkəzinə düşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Hafta.az-a açıqlama verərək, Eldar Mahmudovun və bir sıra məmurların vəzifə səlahiyyətlərini aşdıqlarını bildirdi: “Mən bu haqda dəfələrlə fikir bildirmişəm və çox təəssüf edirəm ki, ölkə başçısının ətrafında hələ də nə qədər satqın məmur var. Bütün bunlar birbaşa Azərbaycanın milli maraqlarına təhlükədir. Prezidentin ətrafının ona xəyanət etməsi haqda bir çox açıqlamalarım olub. Bu siyahıda təkcə Eldar Mahmudov deyil, başqaları da var. Bir neçə məmuru çıxsaq, qalan digər məmurlar müxtəlif formalarda gördüyü işlərlə dövlətçiliyə qarşı fəaliyyətlə məşğuldular. Milli Təhlükəsizlik Nazirliyi ölkə başçısının xalq üçün etdiyi bütün müsbət işləri korlamaq üçün dəridən-qabıqdan çıxırdı. Bunların məqsədi prezidentin adına xələl gətirmək, onu dünya arenasında gözdən salmaq idi. Bir daha da təkrar edirəm ki, hazırda belə qurumlar və məmurlar prezidentin ətrafında yetərincədir. Bu məmurlar təkcə prezidentə yox, millətə, vətənə xəyanət edirlər. Hesab edirəm ki, ölkə başçısı bu addımla kifayətlənməməlidir, onun ətrafında Eldar Mahmudovdan da xəyanətkar məmurlar var. Onlar xarici dövlətlərlə kəşfiyyat əlaqələrinə girərək, Azərbaycanda dövlət çevrilişi etməyə cəhd edirlər. Nə qədər ki, prezidentin ətrafında bu ikiüzlü məmurlar olacaq, biz Azərbaycanı inkişaf etdirə bilmərik. Ziya Məmmədov bu gün ölkənin nəqliyyat sisteminə çox ciddi ziyan vurub. Bütün xəyanətkar məmurlar bilsin ki, onların etdikləri gizli qalmır, bu informasiyalar mənə daxil olur və mən də bunu lazımi yerlərə çatdırıram. Prezident hər müşavirədə ictimaiyyətə səslənərək, ölkədəki neqativ hallar barədə insanların ona məlumat vermələrini istəyir. Hesab edirəm ki, bunu hamımız etməliyik. Güc birlikdədir, yalnız bu haldan sonra xalq və ölkə rəhbəri əl-ələ verərək, xəyanətkar məmurlardan yaxa qurtara bilərik. Məmurları kabinetdən çıxararaq onların otaqlarını dezinfeksiya eləmək lazımdır”. Hafiz Hacıyev başqa faktlardan da danışıb: "Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı bir fakt deyim sizə. Bu nazirliyin rayon şöbələrinin əməkdaşları xəstəxanalara gedərək uşaq doğuzduran həkimlərdən haqq alırlar. Təbii ki, bu nazirliyin işi deyil. Ölkəmizdə bu gün prezidentə, dövlətçiliyimizə sədaqətlə xidmət edəcək gənc kadrlar var. Xalqımız prezidentin ətrafında birləşərək dövlətçiliyimizi qorumalıdır”. Geri dön |