Ana Sayfa > Manşet > Əhmədzadənin müavininin qardaşı pul payladır - FAKTLAR
Əhmədzadənin müavininin qardaşı pul payladır - FAKTLAR14-10-2015, 15:27. Yazar: admin |
|
Deputatlığa namizəd Elçin Quliyev pul paylayır. Vertikal.az xəbər verir ki, 63 saylı Sabirabad I seçki dairəsindən YAP-ın namizədi rayonu səfərbər edib. AzMedia.info-ya daxil olan məlumata görə deputatın yaxını olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin müdiri Elman Nuriyev «Şamlıq» restoranında onbaşı, yüzbaşı sistemini qurmaqla məşğuldur. Elman Nuriyev dayısı oğlu Elçin Quliyevin deputat seçilməsi üçün özünün «səxavət» kisəsinin ağzını açıb. İdarə müdiri «onbaşı»lara və «yüzbaşı»lara vətəndaşların Elçin Quliyevə səs verməsini təşkil etmələri üçün pul paylayır. Elman Nuriyev tərəfindən 20 yaxın «onbaşı» və «yüzbaşı»nın təşkil edildiyini bildirən mənbə qeyd edir ki, Elman Nuriyev «onbaşı»lara 500 manat, «yüzbaşı»lara isə 1500 manat” məvacib ayırıb. Bu işdə ona əsasən Meliorasiya və Su Təəsrrüfatı ASC-nin Sabirabad rayonundakı idarə müdirləri kömək edirlər. Həmin idarə müdirləri hər axşam «Şamlıq» restoranına təşrif buyuraraq Elman Nuriyevlə birgə Elçin Quliyevin göstərişlərini gözləyirlər. Bildirək ki, Elçin Quliyev Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində Aparat rəhbəri işləməklə bərabər, Meliorasiya və Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyevin qardaşıdır. Məhz buna görə də Sabirabad rayonundakı su idarələri bütün-iş güclərini atıb Elçin Quliyevin seçki kompaniyasına qoşulublar. İdarə müdirləri Əhməd Əhmədzadənin müavini, «Cavad qruplaşması»nın ağsaqqalı Zakir Quliyevin xoşuna gəlmək üçün özlərini oda-közə vurur və Elçin Quliyevə yarınmaq üçün dəridən-qabıqdan çıxırlar. Geri dön |