Ana Sayfa > Manşet > Deputatın biznes və mandatı təhlükədə

Deputatın biznes və mandatı təhlükədə


14-10-2015, 13:09. Yazar: admin
Deputatın biznes və mandatı təhlükədə
Qaxın deputatı Azər Kərimlinin imici yerlə bir olub. Vertikal.az-a verilən xəbərə görə, növbəti dəfə mandat almağa hazırlaşan biznesmen millət vəkili boykot olunur. Hakimiyyət çevrəsində də ona birmənalı “stavka” edilməyib. A.Kərimlinin deputat olacağı sual altındadır. Həmin dairədə Əhməd Şahidov və Paşa Məmmədovun da mövqeləri zəif deyil.

Mənbə qeyd edib ki, qutudan Kərimlinin rəqiblərindən birinin adının çıxması istisna edilmir. Bu da indiki deputatı təşvişə salıb. Onun Milli Məclisə bu dəfə seçilməməsi biznesinə ciddi zərbə vura bilər.

Qaynağımız qeyd edir ki, mebel biznesində ad çıxarmış deputat üçün olduqca həyəcanlı dövr başlanıb. Ona güvəndiyi dairələrdən birmənalı olaraq vəd olunmayıb ki, deputatlıq kürsüsündə yenə oturacağı dəqiqləşib.
Bu da Kərimli üçün çətin bir sınağa çevrilib. P.Məmmədov və Ə.Şahidov isə bu dairədə ona qarşı ciddi yarışa girib.

Elə bariz nümunəsidir ki, rayona gələr-gəlməz gözlənilməz olayla qarşılaşıb. Buna səbəb 5 ildir deputat olan və Qaxa yalnız seçkidən-seçkiyə gələn Azər Kərimliyə nifrətin pik həddə çatmasıdır.

Bu haqda azxeber.com-a yerli sakinlər məlumat verib. Belə ki, Qaxın Əlibəyli kəndinə görüşə gedən deputatı yerli sakinlər “lapatka” ilə qarşılayıblar.

Əsasən gürcülərin yaşadığı kənd kimi tanınan Əlibəyli kənd sakinləri deputata “Bizim sənin kimi deputatımız yoxdur, sən bu kəndə girməyəcəksən, rədd ol burdan” deyərək Azər Kərimlini kənddən qovublar.

Deputatı görüş zamanı müşayiət edən icra hakimiyyətinin nümayəndələri və bələdiyyə sədri işə qarışıb, əhalini sakitləşdirə bilib. Azər Kərimlinin isə seçiciləriylə görüşmək planı baş tutmayıb.
Seçicilərinin problemləri ilə maraqlanmayan, Qaxa təsadüfi hallarda gedən, Bakıya gələn seçicilərini qəbul etməkdən boyun qaçıran deputat yağ-bal gözləyirmiş yəqin.

Qeyd edək ki, Azər Kərimli bu dəfə də namizədliyini 112 saylı Qax seçki dairəsindən verib. Azər Kərimli İtaliya dövləti tərəfindən "Cəngavər" ordeni ilə mükafatlandırılıb. Açığı bu mükafatı hansı səbəbdən, niyə verildiyi hələ də qaranlıq qalır. Ona görə ki, Azər Kərimli fəal siyasətçi, aktiv deputat kimi heç nə ilə yadda qalmayıb.

Bu adın verilməsində bir səbəb qalır, millət vəkilinin biznesi. Məlumata görə, millət vəkili meşələri ilə zəngin olan Qax rayonunda ağacları kəsib, mebel hazırlanması üçün İtaliyaya göndərir. İtaliyan mebel markalarının şan-şöhrəti heç kimə sirr deyil. Azər Kərimli seçiciləri arasında sevilməsə də, İtaliyada onu çox sevirlər.

Deputatın "ağac sevdası" Qax rayonunu meşəsiz qoyub. Qaxda Azər Kərimlini deputat kimi yox, ağackəsən kimi tanıyırlar. Seçicilər bildirir ki, biz onsuz da ona səs vermirik, necə olursa qutudan 3 dəfə Azər Kərimli çıxıb.

Geri dön