Ana Sayfa > Manşet > Əsabil Qasımovun seçkidəki vəziyyəti ağırlaşıb, rəqibi onu üstələyir
Əsabil Qasımovun seçkidəki vəziyyəti ağırlaşıb, rəqibi onu üstələyir14-10-2015, 12:54. Yazar: admin |
|
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısında yer alan deputat Əsabil Qasımovun yenidən parlamentə düşmək şansları getdikcə azalır. Bunu 79 saylı İmişli seçki dairəsinin seçiciləri bildiriblər. Verilən məlumata görə, bu dairədə rəsmi qurumların rəhbərləri da artıq onu dəstəkləməkdə tərəddüd edirlər. İmişli sakinləri bildirirlər ki, bu zonada “Karat Holdinq” şirkətinin sahibi kimi tanınan deputat Əsabil Qasımovun təbliğat-təşviqat işləri aparmağından xəbərsizdilər. Əvəzində onun əsas rəqiblərindən olan eks-icra başçısı İltizam Əkbərlinin deputatlığa namizəd kimi daha aktiv olduğu söylənilir. Bu gedişlə Əsabil Qasımovun İltizam Əkbərliyə uduzacağı istisna edilmir. Qeyd edək ki, 1 noyabr seçkilərində 79 saylı İmişli seçki dairəsində 15 deputatlığa namizəd mübarizə aparacaq. Əsas rəqiblər isə bu dairənin adalarını qeyd etdiyimiz hazırki deputatı Əsabil Qasımovla eks-deputat İltizam Əkbərlidir. Bəzi məlumatlara görə, bu dəfə Əsabil Qasımovun əvəzinə Müsavat partiyasından olan İltizam Əkbərlinin parlamentə seçilməyinə maneçilik törədilməyəcək. Geri dön |