Ana Sayfa > Manşet > GDU əməkdaşına qarşı GDU məmurlarının soyqırım siyasəti
GDU əməkdaşına qarşı GDU məmurlarının soyqırım siyasəti30-09-2015, 12:31. Yazar: admin |
![]() 29.09.2015 tarixində Ali Məhkəmədə möhtərəm Akif İsgəndərovun sədrliyi ilə işdən qanunsuz qovulmağıma görə itirdiyim17 aylıq əmək haqqı və 2 aclıq aksiyasının (52 və 29 sutkalıq) sağlamlığıma vurduğu zərərə görə təzminat iddiama yenidən baxıldı və kassasiya şikayətim qismən təmin olundu. Möhtərəm Akif İsgəndərov işə baxılarkən süründürməçiliyə yol verildiyini bir neçə dəfə qeyd etdiyindən, yazılı qərarda bu süründürməçiliyə yol verən hakimlərin əməllərinə Məhkəmə-Hüquq Şurasında hüquqi qiymət verilməsinə dair bənd olacağına ümid edirəm. İş o yerə çatmışdı ki, eyni işə görə 3-cü kassasiya şikayəti yazsam da, bu şikayəti heç bir vəkil imzalamaq istəmirdi. Açıqca hakimlərin qanun pozuntularına Məhkəmə-Hüquq Şurasında hüquqi qiymət verilməsi xahişini kassasiya şikayətimdən çıxarılmasını tələb edirdilər. Mən məcbur olub Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımdan kömək istədim və ancaq bu müraciətdən sonra kassasiya şikayətim çox operativ olaraq qəbul olundu. İmkandan istifadə edib bir daha bu köməyə görə ümummilli liderimizin adını daşıyan Fondun əməkdaşlarına və şəxsən Mehriban xanıma təşəkkür edirəm. Möhtərəm Akif İsgəndərovun yazılı qərarda süründürməçiliyə yol verərək müharibə veteranını çörək imtahanına çəkən hakimlərin qanun pozuntularına Məhkəmə-Hüquq şurasında hüquqi qiymət verilməsi barədə qeyd yazacağına ümid edirəm. Bundan başqa aclıq aksiyalarının sağlamlığıma vurduğu zərərə görə təzminatın miqdarını təyin etmək üçün ekspert komissiyası təyin olunması və bunun üçün mənim 500 manat ödəməli olduğumu elan edən möhtərəm Akif İsgəndərov kobud səhvə yol verdi. Belə ki, ekspert komissiyası hakim tərəfindən təyin edildikdə xərclər tərəflər arasında bərabər bölünməlidir (MPM-in 117-ci maddəsi). Bundan başqa uzun müddətdir ki, məhkəmə süründürməçiliyinə görə itirilən əmək haqqını ala bilmədiyindən borclarını qaytara və müalicə oluna bilməyən bir müharibə veteranı bu 500 manatı haradan tapmalıdır? Möhtərəm Akif İsgəndərov kimi təcrübəli bir hakimin belə səhv etməsi təsadüfidirmi? Möhtərəm Akif İsgəndərovun əmək haqqımın GDU tərəfindən I instansiya məhkəməsinə verdiyi arayışda 85 manat az göstərilməsi (ödənişli təhsildən müəllimlərə verilən əlavə əmək haqq) məsələsində də GDU-nun tərəfini saxlaması şübhələrim qaldı. Beləliklə bu məhkəmə iclasından sonra başa düşdüm ki, GDU məmurları mənim əmək haqqımı və sağlamlığıma vurulan zərərə görə təzminatı tam ödəməmək üçün sona qədər istənilən məbləğdə pul xərcləməyə hazırdılar. Bu səbəbdən kafedra müdirim Zakir Zeynalova qarşı intihar həddinə çatdırma maddəsinə görə cinayət işinin qaldırılması barədə prokurorluq orqanlarına müraciət edəcəyəm. Bu yay Təhsil Nazirinin qəbulunda olmuşdum və kafedra müdirimin mənə qarşı qərəzli hərəkətlərindən şikayət etmişdim. Aldığım rəsmi cavabda bundan sonra ciddi problemlər yaranmayacağı bildirilmişdir. Ancaq elə indidən Zakir Zeynalov elmi dərəcəsi olmayan müəllimlərə dərs verilməyəcəyini bildirərək məni hədələyir. Eyni zamanda vəzifəsindən sui istifadə və fırıldaqçılıq maddələrinə görə isə GDU-nun hüquq məsləhətçisi və baş mühasibinə qarşı da cinayət işinin qaldırılması barədə də müraciət etməli olacağam. GDU məmurları Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşına qarşı soyqırım siyasətindən əl çəkmir. P.S. Bakıya Ali Məhkəməyə yaşadığım Göygöl şəhərindən gedərkən yolda qəribə bir hadisə oldu. Bir ağsaqqal avtobusda uzun müddət hakimi ağacla vurmağı (hələ ağacı kostyumun qolunda gizlətməyi məsləhət görürdü), bir tapança alıb, hakimi öldürməyi məsləhət görürdü. Mən guya yatdığımı göstərsəm də, ağsaqqal bərkdən bu sözləri dəfələrlə təkrar edirdi. Beləliklə hakimlərimiz bu yolla şikayətçini cinayətkara çevirmək istəyirlər. Onu da qeyd edim ki, bu ağsaqqal uzun müddətdir ki, hər məhkəmə iclasından əvvəl hakimlərin tərəfini saxlamaqla mənimlə mübahisə edir. Fikrət Hacıyev Geri dön |