Ana Sayfa > Manşet > Növbə Qaradağa çatdı – Süleyman Mikayılovu kim əvəz edir?

Növbə Qaradağa çatdı – Süleyman Mikayılovu kim əvəz edir?


21-09-2015, 16:58. Yazar: admin
Növbə Qaradağa çatdı – Süleyman Mikayılovu kim əvəz edir?
"Yaxın günlərdə daha bir neçə icra başçısının vəzifədən uzaqlaşdırılması gözlənilir”.

Hakimiyyətdaxili mənbələrdən bizimxeber.az-a daxil olan məlumata görə, növbəti dəyişiklik yerdəyişmə ilə yox, ümumiyyətlə, vəzifədən uzaqlaşdırma ilə yadda qalacaq.

Son aylar ciddi hadisələrdə adı hallanan iki icra başçısına isə cinayət işi qaldırıla bilər. Belə ki, gözləmə mövqeyində olan Binəqədi və Qaradağ rayon icra başçıları məlum təhlükədən qaçmaq üçün yollar axtarsalar da, ortaya qoyulan konkret faktlar qarşısında aciz qalıblar. Hər başçının tabeliyində olan rayonda kifayət qədər ciddi hadisələr baş verib ki, bu hadisələrin hələ də istintaqı aparılır. Qaradağdakı yaşayış binasındakı kütləvi zəhərlənmə, Binəqədidəki bir neçə uşaq ölümü ilə yaddan qalan yanğın hadisəsi sözügedən icra başçıların fəqaliyyətsiz olmasını göstərən bariz nümünədir. Hələ rayon ərazisində satılan torpaq sahələrini, korrupsiya hallarını demirik…

Məlumatda qeyd olunur ki, Qaradağın icra başçısı Süleyman Mikayılov artıq işə də çıxmır, heç bir sənədə imza belə atmır. Həmçinin Süleyman Mikayılova məxsus olan "Qaradağ” şadlıq sarayını çox ucuz qiymətə satışa çıxardığı da bildirilir.

Qeyd edək ki, Qaradağın icra başçısı FHN şefi Kəmaləddin Heydərovun kadrı sayılır.

Geri dön