Ana Sayfa > Manşet > Bu istidə Saatlı camaatı susuz qalıb...

Bu istidə Saatlı camaatı susuz qalıb...


9-09-2015, 14:49. Yazar: admin
Bu istidə Saatlı camaatı susuz qalıb...
“Əkinimiz də, əziyyətimiz də heç olub gedir. Daha bilmirik, bu su dərdimizi kimə deyək”.

Bu sözləri redaksiyamıza müraciət edən Saatlı rayonunun Azadkənd kənd sakini Həsrət İsmayılov söyləyib. Kənd sakinlərinin susuzluqdan əziyyət çəkdiyini vurğulayan H. İsmayılovun sözlərinə görə, bir çox yerə müraciət etsələr də, şikayətlərinə baxan olmayıb: “Biz artıq susuzluqdan qırılırıq. Təsərrüfatımızı sulamaq mümkün deyil. Su mirabımız Nizami Cəfərov 2 dəfə kənd sakinlərindən pul yığsa da, bir iş görməyib. Pulu qoyub cibinə. Onsuz da, bizim səsverməmiz olmadan saxta protokollarla su mirabı seçilib. Deyir, haraya istəsəz, müraciət edə bilərsiniz. İcra Hakimiyyətinə, İcra başçısının birinci müavini İlham Quliyevə müraciət etsək də, bir nəticə olmayıb. Deyirlər ki, biz bu işə baxmırıq. İndi biz bilmirik ki, dərdimizi hara deyək, kimdən bir kömək gözləyək. Susuzluqdan əkinimiz tamam məhv olur”.

Məsələ ilə bağlı Meliorasiya və Su təsərrüfatı ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov ilə əlaqə saxladıq. Şöbə müdiri bildirib ki, regionlarda suvarma işləri artıq yekunlaşmaq üzrədir: “Bu il su bol olduğundan Saatlı və Sabirabad rayonlarından bizə hər hansı bir şikayət daxil olmayıb. Sakinlərin problemini nəzərə alaraq biz məsələni araşdıracağıq və məsələnin müsbət həlli istiqamətində işlər görəcəyik. Bu kimi hallarda vətəndaşlardan qaynar xəttə zəng etmələrini xahiş edirik: (012) 493 98 58”.
Vertikal.az

Geri dön