Ana Sayfa > Manşet > Neft Şirkətinin vitse-prezidenti ilə deputat arasında çıkişmə

Neft Şirkətinin vitse-prezidenti ilə deputat arasında çıkişmə


4-08-2015, 15:15. Yazar: admin
Neft Şirkətinin vitse-prezidenti ilə deputat arasında çıkişmə
Parlament seçkilərinə artıq bir neçə ay qalıb. Seçki yaxınlaşdıqca hansı deputatların mandatını itirəcəyi, kimlərin yeni namizəd kimi öz iddiasını ortaya qoyacağı ilə bağlı müzakirələr də qızışmağa başlayıb. Heç kimə sirr deyil ki, ölkə parlamentində təmsil olunan deputatların bir neçəsi eyni zamanda başqa vəzifələri də daşıyırlar. Məsələn, deputatların arasında rektor olanlar, dövlət şirkət və müəssisələrinə rəbərlik edənlər var.

Amma onların bir çoxunun deputat kimi fəaliyyəti o qədər də uğurlu deyil. Buna baxmayaraq, hər seçkidə namizədliklərini verir və mandat qazanırlar. Builki seçkilərdə kimlərin mandatından məhrum olacağı, yaxud kimlərin deputat seçiləcəyi maraqla gözlənilir. Əldə etdiyimiz son məlumatlara əsasən, Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov da deputat olmaq istəyən məmurlardandır. Adının çəkilməməsini istəyən mənbənin bildirdiyinə görə, əslən Ağsu rayonundan olan vitse-prezident namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürmək niyyətindədir: "Hazırda bu dairənin deputatı Mərkəzi Univermağın rəhbəri Ərəstun Cavadovdur. Onunla Mikayıl İsmayılovun arasında neçə müddətdir ki, soyuq küləklər əsir. Bu səbəbdən Neft Şirkətinin vitse-prezidenti həmin dairədən namizədliyini irəli sürməklə univermaq rəhbərini neytrallaşdırmağa çalışır. Mikayıl müəllimin adamları artıq indidən Ağsu və İsmayıllı rayonlarında onun təbliğatını aparırlar. Vitse-prezidentin hər iki rayonda adamları, daha dəqiq desək dəstəkçiləri çoxdur. Onun parlament seçkilərində təbliğat-təşviqat işlərinə böyük pullar xərcləyəcəyi ehtimal edilir. İsmayılov nəyin bahasına olursa-olsun Milli Məclisdə yer tutmaq istəyir. Bu insanda deputat seçiləcəyinə dair sanki bir əminlik var. Arxayındır ki, Ağsudakı qohumları və tanışları bu məsələdə ona böyük dəstək verəcəklər. Əgər o bu dairədən namizədliyini irəli sürsə, o zaman Ərəstun Cavadovla üz-üzə gələcək və ikincinin yenidən deputat seçilməsi məsələsi sual altına düşəcək. Hazırkı durumda Mikayıl İsmayılovun həm əlaqələri, həm də maliyyə imkanları Ərəstun Cavadovla müqayisədə çox güclüdür". Məlumatlı mənbə deyir ki, univermaq rəhbəri Neft Şirkətinin vitse-prezidentinin onun seçildiyi dairədən namizədliyini irəli sürmək istəməsindən xəbərdardır: "Millət vəkili də öz növbəsində geriyə addım atmaq istəmir. O özünə yaxın şəxslərdən birinə deyib ki, heç də Mikayıl İsmayılovdan zəif deyil və qarşıdan gələn parlament seçkilərində yenə eyni dairədən deputat seçilməyə çalışacaq. Tərəflər arasında hazırda "soyuq müharibə" gedir. Bu savaşda üstünlük az da olsa vitse-prezidentin tərəfindədir. Çünki onun bəzi nüfuzlu şəxslərlə yaxın münasibətləri var, məhz onların sayəsində nəyəsə nail ola bilər". Təcrübə isə göstərir ki, bir şəxsin eyni zamanda iki vəzifəni tutması uğur gətirməyib. Bu baxımdan Mikayıl İsmayılov deputat seçiləcəyi halda, ondan perspektiv gözləmək əbəsdir.

Geri dön