Ana Sayfa > Manşet > ABŞ-ın "USA Today" qəzeti Ukrayna xəritəsini Krımsız dərc edib - FOTO

ABŞ-ın "USA Today" qəzeti Ukrayna xəritəsini Krımsız dərc edib - FOTO


11-02-2015, 16:10. Yazar: admin
ABŞ-ın "USA Today" qəzeti Ukrayna xəritəsini Krımsız dərc edib - FOTO
Vertikal.Az-ın verdiyi məlumata görə, Amerikanın "USA Today" qəzeti fevralın 10-na dərc olunan nəşrinin manşetinə Ukrayna xəritəsini dərc edib. Maraqlıdır ki, xəritədə Krım göstərilməyib.

"Qərb Krımın Rusiyaya ilhaqını tanımaqdan imtina etdiyi haldı, bunu ən böyük nəşrlərdən biri edib",-deyə "Foreign Policy" jurnalında bildirilib.

Ukrayna xəritəsinin bu variantda dərc olunmasının səhv olduğu, yaxud redaksiyanın qərarı ilə edildiyi barədə dəqiq məlumat yoxdur. "USA Today"ın mətbuat katibi bu sualı cavabsız qoyub.

Xatırladaq ki, Krım və Sevastopol ötən ilin mart ayından etibarən Rusiyanın regionu olub. Rusiya XİN-in bununla əlaqədar mövqeyi belədir ki, Krım RF tərkibinə Beynəlxalq hüquq və BMT-nin nizamnaməsi çərçivəsində daxil olub.


ABŞ-ın "USA Today" qəzeti Ukrayna xəritəsini Krımsız dərc edib - FOTO
ABŞ-ın "USA Today" qəzeti Ukrayna xəritəsini Krımsız dərc edib - FOTO
Geri dön