Ana Sayfa > Manşet > Əhmədzadənin Ağdamdakı adamı işçilərin maaşını kəsib – Müdhiş korrupsiya faktları
Əhmədzadənin Ağdamdakı adamı işçilərin maaşını kəsib – Müdhiş korrupsiya faktları3-06-2015, 14:36. Yazar: admin |
![]() Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadə işçilərin 3 aylıq əmək haqqını verməyib. İdarə müdiri bunu Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyndən gizlədib. Bu barədə AzFakt.com-a daxil olan məlumatda deyilir. O, Ağdamın mini oliqarxlarından biridir. Təkcə Quzanlıda və Bərdədəki obyektlərinin qiyməti milyon manatla ölçülür. Buna baxmayaraq işçilərə zülm edir. İdarə müdirinin bu “əməliyyatı” Ağdam rayon Suvarma Sistemləri İdarəsi ilə Subartezian Quyularının istismar İdarəsi birləşdirilməsi zamanı həyata keçirdiyi bildirilir. Bu birləşdirmə əsasında isə Hafis Əzimzadə Suvarma Sistemləri İdarəsinin müdiri, keçmiş Subartezian Quyularının İstismar İdarəsinin müdiri Teyyub Nəcəfov isə onun müavini təyin olunub. Hafiz Əzimzadə keçmiş Subartezian İdarəsindən gələn işçilərin 3 aylıq əmək haqqını kəsib. Səbəbini isə belə izah edib ki, iki idarə birləşib və Əhməd Əhmədzadənin göstərişinə əsasən 3 aylıq əmək haqqı idarənin bəzi problemlərinə xərclənəcək. Mənbə qeyd edir ki, Əhməd Əhmədzadənin qətiyyən xəbəri yoxdur. Çünki bu cür birləşmələr çox olub. Ona görə də, işçilərin 3 aylıq əməkhqqını kəsmək planı Hafiz Əzimzadə ilə müavini Teyyub Nəcəfovun planıdır. Onlar birləşərək işçiləri məcburiyyət qarşısında qoyaraq əmək haqlarını mənimsəyiblər. Məlumatda qeyd olunur ki, Ağdam Suvarma Sistemləri İdarəsi rayon ən çox korrupsiyalaşmış təşkilatlardan biridir. Hafiz Əzimzadə uzun illərdir bu quruma rəhbərlik edir və dövlət büdcəsindən ayrılan vəsaitləri müxtəlif işlərin görülməsi adı altında silərək cibinə qoyur. Quzanlı qəsəbəsində inşa etdirdiyi «Vağzal» binasını və Çay Evini göstərmək olar. Əzimzadəninin Bərdə rayonunda, Yuxarı Qarabağ kanalının yaxınlığında olan və yüz hektardan artıq ərazini əhatə edən fermasının dəyəri isə bir neçə milyon manatdır. İdarə müdirinin Bakıda sahib olduğu obyektləri və mənzilləri də bura əlavə etsək Hafiz Əzimzadəninin mal varlığın on milyon manatdan artıq olduğu söylənə bilər. Təkcə ötən il Ağdam Suvarma Sisitemləri İdarəsinə üst-üstə 1 milyon manatdan çox vəsait ayrılıb ki, bu pulların da yalnız bir hissəsi aidiyyatı üzrə xərcləndiyi bildirilir. Yerdə qalan vəsaitləri isə idarə müdiri silərək şəxsi biznesinin qurulmasına xərcləyib. Bundan başqa mənbə iddia edir ki, idarələr birləşən zaman ortaya çox ciddi bir fakt çıxıb. Belə ki, Subartezian Quyuları İstismarı İdarəsinin 3 milyon manat elektrik borcu yarandığı və uzun illərdən bəri idarə müdiri Teyyub Nəcəfov tərəfindən həmin vəsaitin ödənilmədiyi aşkarlanıb. Halbuki idarə müdiri artezian quyularından istifadə edən vətəndaşlardan hər il su pulunu yığıb və onlara dövlət qəbzi verib. Ancaq yığılan vəsaitlər dövlət hesabına yox, idarə müdiri Teyyub Nəcəfovun hesabına «köçdüyü» üçün sərf olunan elektrik enerjisinin pulu ödənilməyib. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq Geri dön |