Ana Sayfa > Manşet > Abidin Fərzəliyevdən Prezidentə və prokurorluğa – ŞİKAYƏT
Abidin Fərzəliyevdən Prezidentə və prokurorluğa – ŞİKAYƏT29-05-2015, 12:52. Yazar: admin |
![]() Nərimanov rayon icra başçısından Prezidentə və hüquq-mühafizə orqanlarına şikayət olunub. TİA.AZ-a verilən özəl xəbərə görə, Abdin Fərzəliyevin uşaq əyləncə mərkəzinin yerini sataraq çayxanaya çevirməsi həmin şirkətin təsisçilərinin prokurorluğa müraciət etməsi ilə nəticələnib. Məlumatda bildirilir ki, metronun “Gənclik” stansiyası qarşısındakı Atatürk parkı ərazisində uşaq əyləncə mərkəzi tikilməsi nəzərdə tutulub. Bu layihəni xarici bir şirkətin həyata keçirməsi razılaşdırılıb. Amma şirkətin ərazisi zəbt olunub. Bu massivdə çayxana fəaliyyətə başlayıb. Rayon rəhbərliyi isə şirkətə ayrılan torpaq sahəsinin zəbt olunmasını araşdırılması üçün göstəriş vermək əvəzinə çayxana sahibini himayə edir. Mənbənin qeydlərinə görə, A.Fərzəliyevlə şirkət arasında anlaşmazlıq yaranıb. Buna cavab olaraq icra başçısı yeri çayxana işlədən bir sahibkara verib. Tərəflər arasındakı mübahisənin detalları açıqlanmır. Xəbərdə bildirilir ki, məsələnin araşdırılması üçün şirkətin təsisçiləri tərəfindən həmin tikilini himayə edənlərin aşkarlanması məqsədi ilə Prezidentə və hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub. Geri dön |