Ana Sayfa > Manşet / Xəbər > Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasından 107 il ötür28-03-2026, 11:27. Yazar: admin |
|
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin yaradılmasından götürür. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu gün Azərbaycan təhlükəsizlik orqanları müasir çağırışlara uyğun şəkildə fəaliyyət göstərərək ölkənin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Aparılan islahatlar və gücləndirilmiş institusional baza bu sahədə effektivliyin daha da artırılmasına xidmət edir. Peşə bayramı münasibətilə təhlükəsizlik orqanlarının bütün əməkdaşlarını təbrik edir, onlara çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayırıq. Vertikal.top Geri dön |