Ana Sayfa > Manşet / Hadisə > Əməkdar artist Cabir İmanov vəfat edib
Əməkdar artist Cabir İmanov vəfat edib29-09-2025, 15:16. Yazar: admin |
|
Bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb. Əməkdar artist Cabir İmanov vəfat edib. APA xəbər verir ki, o bu gün infarkt keçirərək dünyasını dəyişib. Xatırladaq ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Qeyd edək ki, Cabir İmanovun ölümü ilə bağlı ilk xəbəri Qafqazinfo verib. Geri dön |