Ana Sayfa > Manşet / Xəbər > Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib29-01-2025, 10:25. Yazar: admin |
Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır. Geri dön |