Ana Sayfa > Manşet / Xəbər > Təyyarə qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ necədir?

Təyyarə qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ necədir?


Dünən, 10:43. Yazar: admin


Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralananların 14 nəfəri ötən gün "Yeni Klinika"ya yerləşdirilib.

Bununla bağlı Oxu.Az-a "Yeni Klinika"dan məlumat verilib.

"Onlardan birinin vəziyyəti ağır stabil olaraq dəyərləndirilir və reanimasiya şəraitində müalicəsi davam edir. Digərlərinin müalicələri isə stasionar şəraitdə davam edir. Vəziyyətləri orta ağır və qənaətbəxş, kafi olaraq dəyərləndirilir. Ümumi durumları stabildir, bütün lazımi müdaxilələr olunur. Gün ərzində yeni məlumat veriləcək", - məlumatda bildirib.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Geri dön