Ana Sayfa > Manşet / Xəbər > DANA ƏTİ MONOPOLİYASI: Kim himayə edir?
DANA ƏTİ MONOPOLİYASI: Kim himayə edir?5-11-2024, 11:30. Yazar: admin |
Bir neçə gündür ki, Azərbaycana qeyri-leqal yolla gətirilən diri mal-qaranın monopoliyası barədə ilginc faktları diqqətinizə çatdırırıq. Son yazımızda qeyd etmişdik ki, Azərbaycanda bu işin başında əsas olaraq Teyyub Hüseynov (Peykan, Teymur) dayanıb. Əslən Tovuzun Əlimərdanlı kəndindəndir. 2016-cı ildə yaradıb bu monopoliyanı və ölkədən Rusiyaya milyonlara dollar çıxardıb. Özünü akademik, "Putinin dostu" kimi tanınan İlham Rəhimovun işlərini aparan insan kimi təqdim edir. Gömrükdəki havadarı Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovdur. Pərviz Rəhimov isə İlham Rəhimovun qardaşı oğludur. "DİA-AZ" olaraq Teyyub Hüseynovun kimliyi ilə bağlı da müəyyən bilgiləri əldə etmişik və həmin məlumatları nəzərinizə çatdırırıq. Hüseynov Teyyub Məhəmməd oğlu yhazırda Rusiyanın Belqorod vilayətində yaşayır və özünü oranın Azərbaycan diaspor cəmiyyətinin sədri kimi təqdim edir. Rusiyada Azərbaycana ət idxalı işinə baxan Murada bu "krışalıq"edir. Murad bunsuz heç kimə sənəd vermir. Burda da hər heyvan maşınından 4.500 manat "şapka" alırlar ki, bu da ətin qiymətinə təsir edir. Rusiyada isə sənəd xususi öz adamlarına verirlər. Rusiyadakı sənədin qiyməti 600.000 rus rubludur. Əslində isə sənəd pulsuzdur. Bu barədə "DİA-AZ"ı bilgiləndirən mənbə qeyd edir ki, məhz bu kimi yersiz inhisarçı pul tələbləri səbəbindən ətin Azərbaycandakı qiyməti də ağlagəlməz formada bahalaşır, bahalaşdırılır... Yəni aydın olanı odur ki, son zamanlar Azərbaycan vətəndaşını ət və ət məhsullarına tamarzı qoyanlar bir şəbəkədir və bu şəbəkə hətta "Putinin dostu" kimi tanınan məşhur "akademik" İlham Rəhimova qədər uzanır. Hər halda, bu işi Azərbaycanda həyata keçirən Teyyub Hüseynov özünü bel ətqdim edir, BU ÇƏTİRƏ sığınır... Geri dön |