Ana Sayfa > Manşet / Sosial > COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb17-10-2024, 17:57. Yazar: admin |
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb. APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il yanvarın 1-dək veriləcək. Əvvəl bu müddət 2024-ci il oktyabrın 1-dək müəyyən edilmişdi. Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib: - tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; - təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; - pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində. Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir. Geri dön |