Ana Sayfa > Manşet / Xəbər > Ermənistana məxsus PUA Gorus istiqamətində Ordumuzun mövqeləri üzərində kəşfiyyat uçuşlarına cəhd edib

Ermənistana məxsus PUA Gorus istiqamətində Ordumuzun mövqeləri üzərində kəşfiyyat uçuşlarına cəhd edib


19-08-2024, 12:07. Yazar: admin


Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", MN-in məlumatında deyilir.
Geri dön