Ana Sayfa > Manşet / Xəbər > Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu


21-07-2024, 10:27. Yazar: admin


Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"İyulun 20-si saat 22:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - hərbi qurumun məlumatında diqqətə çatdırılıb.
Geri dön