Ana Sayfa > Manşet > “Gecə hələ ki, harada qalacağımı bilmirəm” – YANAN BİNANIN SAKİNİ

“Gecə hələ ki, harada qalacağımı bilmirəm” – YANAN BİNANIN SAKİNİ


20-05-2015, 14:18. Yazar: admin
“Gecə hələ ki, harada qalacağımı bilmirəm” – YANAN BİNANIN SAKİNİ
“Dəfələrlə yanıb bu örtüklər. Siqaret atırlar. Ondan alışıb. Neçə dəfə özüm keçirmişəm”.

Vertikal.az-ın verdiyi xəbərə görə, bunu dünən Azadlıq metrosu yaxınlığında yanaraq kül olan binanın sakini Aysel Vahabova deyib. Zərərkəkmiş bildirib ki, onun və ailəsinin gecələmək üçün harada qalacağı hələ də müəyyənləşməyib:

“Hadisə baş verəndə özüm evdə idim. Məni heç kim çıxarmadı. Özüm düşdüm aşağı. Bu gecə hələ ki, harada qalacağımı bilmirəm. Dünən xəstəxanada olmuşam. Həlak olan, yaralanan heç bir qohum – qonşudan da xəbərim yoxdur. Evdən demək olar ki, heç nə çıxara bilmədim. Bir az pal – paltar götürə bildik. Hamısı yanıb. Yanğından sonra məktəbə - uşaqlarımı götürməyə getdim”.

Xatırladaq ki, mayın 19-da Binəqədidə "Azadlıq" metrosu yaxınlığında yaşayış binası alışaraq kül olub. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişib, 50–yə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.



Geri dön