Ana Sayfa > Manşet > Sərəncamlarını gözləyən başçılar... KİMLƏRDİR?

Sərəncamlarını gözləyən başçılar... KİMLƏRDİR?


24-08-2022, 11:15. Yazar: admin
Sərəncamlarını gözləyən başçılar... KİMLƏRDİR?

VERTIKAL.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, yaxın günlərdə bir neçə rayonun icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq. Bununla bağlı yeni informasiyalar əldə etmişik.

Qeyd edək ki, bəzi mənbələr icra başçıları ilə bağlı dəyişiklik prosesinin gözləniləndən ləng getdiyini diqqətə çatdıraraq bunu kadr qıtlığı və yaxud da regional idarəetmələrin - quberniyaların yaradılacağı ilə əlaqələndirməyə çalışsalar da, son baş verənlər - Abşeron və Bakının Nərimanov rayonuna və digər rayonlara təyinatlar deyilənləri təsdiqləmədi. Yəni icra hakimiyyətləri yerində saxlanılacaq, lakin dəyişikliklər davam edəcək.

Belə ki, VERTIKAL.AZ-a danışan mənbənin iddialarına görə, gələn həftə ərzində icra başçısı dəyişikliyinin növbəti start düyməsi basıla bilər.

Mənbə deyir ki, yola salınacaq icra başçıları ilə bağlı Prezident Adminstrasiyasına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayət məktubları da daxil olub.

İlkin məlumata görə, vəzifədən çıxarılan və yeni təyinat almayan icra başçıları aşağıdakılardır:

- Astaranın icra başçısı Qəzənfər Ağayev
- Samuxun icra başçısı Alı Qocayev
- Qəbələnin icra başçısı Səbuhi Abdullayev
- Lənkəranın icra başçısı Taleh Qaraşov

Mənbə deyir ki, bu icra başçılarından bəzilərinin həbsi belə gözləniləndir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Geri dön