Ana Sayfa > Manşet > Prezident Səfər Mehdiyevi vəzifəsindən azad edib

Prezident Səfər Mehdiyevi vəzifəsindən azad edib


16-07-2022, 16:33. Yazar: admin
Prezident Səfər Mehdiyevi vəzifəsindən azad edib

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il


Geri dön