Ana Sayfa > Manşet > Bakıda “Doymak” makaronunun içindən həşəratlar çıxdı
Bakıda “Doymak” makaronunun içindən həşəratlar çıxdı4-01-2022, 12:45. Yazar: admin |
![]() Bakıda mağazdan alınan makaronun içindən müxtəlif həşəratlar çıxıb. Vertikal.az xəbər verir ki, Sfera.az-a bu barədə paytaxt sakini Z.Ə (ad şərtidir) məlumat verib. Məlumatda bildirilib ki, "Doymak" şirkətinə məxsus iki bağlama makaronun içərisində müxtəlif həşəratlar olub. Alıcı bunun fərqinə qablaşdırmanı açdıqdan sonra varıb: "Təəssüf ki, qablaşdırmanın içərisində müxtəlif həşəratların olduğunun fərqinə evə gəldikdən sonra vardıq. Makaronu tamamilə qurd basmışdı, qətiyyən yeyiləsi halda deyildi. Ona görə də hər iki qutunu zibil qabına atdım". ![]() Bakıda “Doymak” makaronunun içindən həşəratlar çıxdı Şikayətçinin sözlərinə görə, türk istehsalı olan məhsullarda belə hallara rast gəlinmir: "Aldığımız makaron deyəsən, Azərbaycanda istehsal olunub. Çünki türk istehsalı olan məhsullarda belə halla rastlaşmamışam. Belə edirlər, sonra da yerli məhsulları alan olmur". Geri dön |